İQTİSADİYYAT


Azərbaycan məhsulları Berlində keçirilən 85-ci “Beynəlxalq Yaşıl Həftə” sərgisində təqdim olunur

Azərbaycan şirkətləri sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iştirak edir.
Sərginin Azərbaycan üçün ayrılmış hissəsi 98 kvadratmetrdir. Burada 11 iştirakçı şirkət tərəfindən ziyarətçilərə 180 növdən artıq məhsul təqdim olunur.
Bu il “Beynəlxalq Yaşıl Həftə” sərgisində dünyanın 70 ölkəsindən ümumilikdə 1500 şirkət iştirak edir.
Azərbaycan stendinin açılışında Almaniyada səfərdə olan Kənd Təsərrüfatı naziri İnam Kərimov, səfir Ramin Həsənov iştirak ediblər. Onlar Azərbaycan şirkətlərinin məhsulları ilə tanış olub, bir sıra görüşlər keçiriblər.