CƏMİYYƏT


Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin (ÖADC) rəhbərləri, diaspor üzvlərimiz, jurnalistlər iştirak ediblər.