RƏSMİ


Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycanda mövcud investisiya mühitinin son dövrlərdə daha da yaxşılaşdığı məmnunluqla vurğulandı, vergi və gömrük sahələrində aparılan uğurlu islahatlar, inzibatçılığın asanlaşması, “ASAN xidmət”in və DOST agentliyinin fəaliyyəti, dövlət tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması prosesi xüsusi qeyd edildi.