MƏDƏNİYYƏT


“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər

Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin foyesindəki divara çəkilmiş miniatür tipli divar rəsmləri Ginnesin Rekordlar Kitabına daxil edilə bilər.
Bu təsvirlər 73 kvadratmetr sahəni əhatə etməklə, dünyada bu vaxta qədər çəkilmiş miniatür tipli ən irihəcmli rəsm əsəridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərbaycan toyu” adlanan və vahid süjet əsasında işlənmiş divar rəsmlərinin müəllifi Azərbaycan Rəssamlar İttifaqının üzvü Fərman Hüseynovdur.