İQTİSADİYYAT
Yeni Quba-Xınalıq yolunun bir hissəsində yenidənqurma işləri tamamlanıb
23.01.2020 [15:43]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olurdu. Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 kilometrlik Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranıb.
06.05.2024 [14:31]
02.05.2024 [17:01]
06.05.2024 [18:28]
06.05.2024 [17:27]
06.05.2024 [15:09]
04.05.2024 [21:02]
26.04.2024 [14:56]
02.05.2024 [16:23]
03.05.2024 [17:30]
02.05.2024 [15:32]
02.05.2024 [15:28]
02.05.2024 [15:19]
02.05.2024 [13:30]