MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb

Sərgidə Rusiyanın TASS agentliyinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbirləri tərəfindən çəkilmiş 60-dan çox foto nümayiş etdirilir.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov sərginin açılışında çıxış ediblər. Qeyd olunub ki, sərgini cəsarətlə iki informasiya agentliyinin birgə yaradıcılıq işinin bəhrəsi adlandırmaq olar.