Naftalanda turistlərin rahatlığını təmin etmək üçün ödənişsiz nəqliyyat xidməti fəaliyyətə başlayıb
27.01.2020 [18:32]
Son illərdə Naftalandakı sanatoriyalarda dincəlmək, Naftalan neftinin möcüzəvi şəfaverici xüsusiyyəti sayəsində sağlamlıqlarını bərpa etmək istəyən xarici turistlərin həm sayı artır, həm də coğrafiyası genişlənir. Keçən il Naftalan rekord həddə - 61 ölkədən 40 min turist qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərdəki istirahət-sağlamlıq mərkəzlərini seçən turistlərin rahat gəliş-gedişini təmin etmək və məmnunluğunu daha da artırmaq məqsədilə Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Naftalan Müalicə və Sağlamlıq Mərkəzinin dəstəyi ilə yeni xidmət fəaliyyətə başlayıb.
Belə ki, Naftalan-Goran dəmiryolu stansiyası-Naftalan istiqamətində müasir tələblərə cavab verən “Toyota” markalı sərnişin avtobusu istifadəyə verilib.