CƏMİYYƏT


Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş paytaxt sakini Natiq Hüseynov tutulub. Onun üzərinə baxış zamanı “Makarov” konstruksiyalı atəşə yararlı tapança, həmin silaha məxsus daraq və üç patron aşkar edilərək götürülüb.