Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə “Caspian Research Center” assosiasiyasının təqdimatı olub

29.01.2020 [12:35]

Xəbərin mətni

Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində “Caspian Research Center” assosiasiyasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, assosiasiyanın təsisçiləri Azərbaycan mənşəli üç fransız gənc - Alban Klod, Adela Naibova və Mahir Hüseynovdur. Onların məqsədi assosiasiya vasitəsilə ölkəmizi Fransa ictimaiyyətinə, xüsusilə də fransız gənclərə daha yaxından tanıtmaqdır.
Tədbirdə üç gəncin oxuduğu ali məktəblərin - Paris Sorbon Universitetinin və Siyasi Elmlər İnstitutunun tələbələri, eləcə də Parisdə təhsil alan azərbaycanlı tələbələr və diasporumuzun digər assosiasiyalarının rəhbərləri iştirak ediblər.