SİYASƏT


Gənclər Günü münasibətilə Vyanada Azərbaycan diaspor gənclərinin görüşü keçirilir

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Heydər Əliyev Fondunun və ölkəmizin Avstriyadakı səfirliyinin dəstəyi ilə Vyana şəhərində Gənclər Günü münasibətilə Azərbaycan diaspor gənclərinin görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya toplanması, onların Vətənlə bağlılığının daha da gücləndirilməsi, yaşadıqları ölkələrdə Azərbaycan diasporunun fəallığının artırılması və lobbiçilik fəaliyyətinin gücləndirilməsidir.