SİYASƏT


Bakıda Türk Şurası XİN rəhbərlərinin iclası başa çatıb

Fevralın 6-da Bakıda keçirilən Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası başa çatıb. AZƏRTAC xəbər verir ki, iclasda Fəxri Prezidentin statusunun müəyyənləşdirilməsi, təşkilata üzv olmayan ölkələr, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.