Seçicilərin öz namizədlərini sərbəst şəkildə seçmələri üçün məntəqədə bütün şərait yaradılıb
09.02.2020 [16:22]
Xəbərin mətni
10 saylı Binəqədi üçüncü seçki dairəsinin 31 saylı məntəqə seçki komissiyasının sədri Ziyad Nəbiyev AZƏRTAC-a bildirib ki, günorta saatlarınadək məntəqədə seçici fəallığı müşahidə olunub. O deyib: “Seçki məntəqəsi üzrə 1270 seçici qeydiyyatdadır. Hazırda səsvermə prosesi uğurla davam edir. Seçicilərin öz namizədlərini sərbəst şəkildə seçmələri üçün məntəqədə bütün şərait yaradılıb”.