Pakistanlı müşahidəçilər: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil edilib
09.02.2020 [21:58]
Xəbərin mətni
Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil edilib. Müşahidələrimiz göstərdi ki, seçkilər azad, demokratik və şəffaf keçib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Pakistanın İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Teymur Əkrəm Bakıda keçirdiyi mətbuat konfransında bildirib.