Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belarus parlamentinin müşahidə missiyası: Seçkilərə yüksək səviyyədə hazırlığın şahidi olduq

09.02.2020 [22:09]

Xəbərin mətni

Belarus parlamentinin müşahidə missiyası fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, missiyanın rəhbəri Sergey Raçkov müşahidə apardıqları seçki məntəqələrində fəallığın olduğunu bildirib. O deyib ki, təşkilatlanma yaxşı səviyyədə idi. Hazırlıq səviyyəsi də yaxşı idi. Namizədlərin hər biri üçün yaxşı şərait yaradılmışdı. Bu da şəffaflığın və ədalətli seçkinin olduğunu göstərirdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI