Latviyalı müşahidəçi: Azərbaycanda parlament seçkiləri yüksək demokratik standartlara uyğun keçirildi
10.02.2020 [14:14]
Xəbərin mətni
Azərbaycanda parlament seçkiləri yüksək demokratik standartlara uyğun keçirildi.
AZƏRTAC xəbər verir ki, bu fikri parlament seçkilərini izləyən Latviyadan olan müşahidə missiyasının üzvü Armands Krauze bildirib. O deyib: “Təqdirəlayiq haldır ki, seçki məntəqələrində çoxlu sayda yerli müşahidəçi var idi. Bu, o deməkdir ki, siyasi proseslər cəmiyyətin diqqət mərkəzindədir. Bu, vacib məqamdır. Hətta deyərdim ki, cəmiyyətin belə fəallığı Avropa ölkələrində də yoxdur”.