Ukraynanın tanınmış telekanalında Cocuq Mərcanlıdan hazırlanmış reportaj yayımlanıb
12.02.2020 [17:48]
Xəbərin mətni
“UKRAYNA” telekanalında yayımlanmış “Öz torpağına qayıdış!” adlı reportajda xüsusi çəkiliş qrupu Cocuq Mərcanlı kəndində məskunlaşan azərbaycanlı ailələrdən müsahibə alıb. Jurnalist bildirib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra Lələtəpə yüksəkliyi işğalçı Ermənistan hərbçilərindən geri alındıqdan sonra qısa zamanda Cocuq Mərcanlı kəndində qəsəbə salınıb. Qəsəbədə məktəb, məscid də inşa olunub.