SİYASƏT


Berlində ümumavropa Qarabağ mitinqi - ANONS

Fevralın 22-də Berlin şəhərində ümumavropa Qarabağ mitinqi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, mitinq Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya Azərbaycanlıları Alyansının birgə təşkilatçılığı ilə baş tutacaq.
Mitinq Almaniya vaxtı ilə saat 13.00 -dan 15.00-dək Berlinin mərkəzindəki Paris meydanında (Pariser Platz 10117) keçiriləcək.
Aksiyaya Almaniya, Fransa, İtaliya, Polşa və digər Avropa ölkələrində yaşayan soydaşlarımızın, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır