İQTİSADİYYAT


Avtomobil yolları işçiləri peşə bayramlarını qeyd ediblər

22 fevral - avtomobil yolları işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) tədbir keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə son illər respublikada yol-nəqliyyat sistemində, xüsusilə də avtomobil yolları ilə bağlı bir sıra irimiqyaslı layihələrdən, həyata keçirilən yenidənqurma işlərindən söz açılıb.