CƏMİYYƏT


Bakı metrosu koronavirusa qarşı dezinfeksiya olunur

"Bakı Metropoliteni” QSC koronavirusa qarşı dezinfeksiya tədbirlərinə başlayıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, iş gününün qrafikinə uyğun olaraq bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunacaq. Bu tədbirlər stansiyalarda gecə növbəsində təşkil ediləcək.