CƏMİYYƏT


Koronavirusa yoluxma hallarının aşkarlandığı İranla sərhəddə hansı tədbirlər görülür? – Astaradan REPORTAJ

İranda yeni tip koronavirusa yoluxma və ölüm hallarının aşkarlanması ilə əlaqədar Azərbaycanla bu ölkə arasındakı Astara gömrük-sərhəd buraxılış məntəqəsində profilaktik tədbirlər ciddi şəkildə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, koronavirusun Azərbaycan ərazisinə keçməsinin qarşısını almaq məqsədilə gömrük-sərhəd buraxılış məntəqələri Dövlət Gömrük Komitəsi tərəfindən tibbi ləvazimatlarla təmin olunub. Postda xidmət göstərən inspektorlar əlcək və xüsusi tibbi maskalardan istifadə edirlər. Qonşu dövlətə səyahətə gedən vətəndaşlar Cənub Ərazi Baş Gömrük İdarəsi Astara Gömrük Postunun əməkdaşları tərəfindən maarifləndirilir və Azərbaycan Respublikasının ərazisinə gələn yük-nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlər xüsusi cihazlar vasitəsilə yoxlanılır.