UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22.02.2020 [16:05]
Xəbərin mətni
Banqladeşin Fransadakı səfirliyinin təşəbbüsü, bu səfirliyin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə qurumun baş qərargahında Beynəlxalq Ana Dili Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Ana Dili Günündə Azərbaycanda daxil olmaqla 26 ölkə iştirak edib. Əvvəlcə hər bir ölkənin hazırladığı stendlərdən ibarət sərginin açılışı olub.