Çərşənbə günündə Lənkərandan REPORTAJ
25.02.2020 [15:14]
Xəbərin mətni
Novruzun müjdəçisinə çevrilən ilaxır çərşənbələr bu gecədən etibarən yurdumuza qədəm qoyur. Bu gün Boz ayın dörd çərşənbəsindən birincisi - Su çərşənbəsidir.
AZƏRTAC xəbər verir ki, Böyük çillədən sonra Novruzun gəlişinin ilk müjdəçilərindən biri çərşənbələrdir. Bayram məhz bu çərşənbələrdən başlayır.