Bakıda “Könlüm Xocalı” adlı tədbir keçirilib
26.02.2020 [19:20]
Xəbərin mətni
Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə fevralın 26-da Bakı Konqres Mərkəzində “Könlüm Xocalı” adlı tədbir keçirilib.
“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Milli Qəhrəman Əlif Hacıyevə həsr edilmiş “Qırmızı ləçəklər” kitabının təqdimatı olub.