Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçayda altıotaqlı ev yanıb

27.02.2020 [11:57]

Xəbərin mətni

Hadisə ötən gün saat 18:30 radələrində baş verib. Kənd sakini Şakir Əliyevə məxsus ümumi sahəsi 195 kvadratmetr olan altıotaqlı ev və evə bitişik çardaq yanıb. Evdəki bütün əşyalar yararsız vəziyyətə düşüb. Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin Göyçay dövlət yanğından mühafizə hissəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi alovun ətrafa yayılmasının, yaxınlıqdakı başqa tikililərə keçməsinin qarşısını alıb.