Dünya şöhrətli kitabxanada Azərbaycan kitablarının təqdimatı olub
06.03.2020 [11:32]
Xəbərin mətni
ABŞ-ın məşhur Konqres Kitabxanasına Azərbaycan kitabları hədiyyə edilib. Sözügedən kitablar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən hədiyyə olunub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Konqresin Tomas Cefferson adına Kitabxanasında keçirilib.