SİYASƏT


ABŞ-ın Yuta Ştat Senatı Azərbaycan multikulturalizmini təqdir edən bəyannamə qəbul edib

ABŞ-ın Yuta Ştat Senatı martın 9-da Azərbaycanın dinlərarası harmoniya və multikulturalizm ənənələrini təqdir edən bəyannamə qəbul edib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, bəyannamədə Azərbaycandakı dinlərarası tolerantlıq mühiti təsvir olunaraq, bu mühitin gücləndirilməsində Azərbaycan hökumətinin önəmli rolu vurğulanır.