MƏDƏNİYYƏT


Qubadakı könüllülərdən ibarət kollektivə “Xalq teatrı” adı verilə bilər

Qubada yeni fəaliyyətə başlayan kollektivə “Xalq teatrı” adı verilə bilər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatr 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi münasibətilə Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində yaradılıb.
“Könüllülər teatrı”nın kollektivi könüllü gənclərdən və uzun illərdir mədəniyyət sahəsində çalışan həvəskar aktyorlardan ibarətdir.