CƏMİYYƏT


Binəqədidə karantin rejimini pozan “Play station” salonu aşkarlanıb

Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” oyun zalı aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində Ağdam rayon sakini Elnur Yusifovun qanunsuz olaraq “play station” salonu işlətdiyi məlum olub. Obyektə baxış zamanı içərilərində yetkinlik yaşına çatmayan şəxs də olan 3 nəfərin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi Elnur Yusifov və 3 nəfər müştəri saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 40-ci polis bölməsinə gətiriliblər.