MƏDƏNİYYƏT


TÜRKSOY “Evdə qal!” mövzusunda klip hazırlayıb

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ölümcül yeni növ koronavirus infeksiyasına qarşı aparılan ümumdünya mübarizəsinə dəstək vermək məqsədilə “Evdə qal!” mövzusunda klip hazırlayıb. Klipin hazırlanmasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Xalq Çalğı alətləri Orkestri, Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Türkmənistan daxil olmaqla türk dünyasının TÜRKSOY-la əməkdaşlıq edən musiqiçiləri və çalğıçıları iştirak ediblər.