Azərbaycan Dövlət İnformasiya Agentliyi

Binəqədidə gizli fəaliyyət göstərən “Mall” aşkar edilib

21.04.2020 [16:06]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbir zamanı “28 May” qəsəbəsi ərazisində yerləşən, paytaxt sakini Qüdrət Alıyevə məxsus “İstanbul Mall” geyim mağazasının gizli şəkildə işlədiyi məlum olub. Obyektə baxış zamanı mağazanın sahib, orada olan müştərilər və işçilər ümumilikdə 8 nəfər müəyyən edilərək bölməyə gətirilib.