Qazaxıstanda gənc rəssamlardan həkimlərə dəstək
21.04.2020 [20:19]
Xəbərin mətni
Qazaxıstanın paytaxtında gənclər təhlükəli koronavirusla mübarizədə yorulmadan çalışan ölkə həkimlərinə minnətdarlıq və təşəkkürlərini bildirmək qərarına gəliblər.
AZƏRTAC xəbər verir ki, gənc rəssamlar Nur-Sultanda beşmərtəbəli binalardan birinin fasadında koronavirusla mübarizə aparan həkimin şəklini çəkiblər. Tibb universiteti yaxınlığında seçilən bina təsadüfi deyil. Çünki ərazisində universitet tələbələri çoxdur və bu rəsm həkim peşəsinin nə qədər vacib olduğunu göstərir.