Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda avtomobil yoldan çıxaraq dərəyə aşıb

24.04.2020 [11:07]

Xəbərin mətni

Aprelin 24-də səhər saatlarında Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində “Lada” markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobilin sürücüsü Aslanov Rövşən Məhərrəm oğlu yüngül xəsarət alıb.