Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzlu sazbənd karantin dövründə düzəltdiyi sazlara sosial şəbəkədən müştəri də tapıb REPORTAJ

06.05.2020 [12:58]

Xəbərin mətni

Tovuzlu sazbənd Sahib Hüseynov xüsusi karantin rejiminin tətbiq olunduğu günlərdə evdə boş oturmayıb, vaxtını emalatxanasında keçirib.
AZƏRTAC xəbər verir ki, rayonun Qovlar şəhərində yaşayan Hüseynovlar ailəsində atadan oğula keçən sazbəndlik peşəsi bu gün də yaşadılır. 50 yaşlı sazbənd Sahib Hüseynov bu sənətin sirlərini hazırda ona emalatxanada yardım edən oğluna aşılayır.