Metropoliten rəhbərliyi: Sərnişinlər metroya maska ilə gəlsinlər
08.05.2020 [17:37]
Xəbərin mətni
Bakı Metropolitenin 25 stansiyasının 17-də aptek var.
“Qalan stansiyalarda da səyyar maska satışı təşkil olunacaq. Eyni zamanda apteklərin səhər saat 6.00-da açılmasını xahiş etmişik. Sərnişinlərdən xahiş edirik ki, maskanı səhər saat 6.00-da deyil, qabaqcadan əldə etsinlər”.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 8-də keçirilən mətbuat konfransında “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov bildirib.