CƏMİYYƏT
“EuroHome” tikinti materialları bazarında yanğın olub
12.05.2020 [00:27]
Xəbərin mətni
11 may 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Nazir müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.