Nəsimi rayonunda karaoke klubundan və avtomobildən oğurluq edən şəxs saxlanılıb
12.05.2020 [12:36]
Xəbərin mətni
Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsində yaşayış binasının zirzəmisində yerləşən karaoke klubundan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxs obyektin giriş qapısının açarını qıraraq içəridən televizor və noutbuk oğurlayaraq hadisə yerindən qaçıb. Oğurluq zamanı obyekt sahibinə ümumilikdə 800 manat ziyan dəyib.