MƏDƏNİYYƏT


Qız Qalasına virtual tur təşkil edilib

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzi ilk dəfə olaraq Qız qalası memarlıq abidəsini “World Heritage 3D Scanning” proqramında təqdim edib.
AZƏRTAC xəbər verir ki, layihə Almaniyanın “EKМ Global Consulting GmbH” şirkəti (www.ekmgc.de) və mədəni irs üzrə startaper Səbinə Zülalovanın (sabinazulalova.com) birgə əməkdaşlığı ilə həyata keçirilib.