Çində şiddətli yağışlar 4 nəfərin ölümünə səbəb olub
23.05.2020 [19:14]
Xəbərin mətni
AZƏRTAC yerli hökumətin məlumatına istinadla xəbər verir ki, güclü yağışlar vilayətin inzibati mərkəzi olan Quancouda və Donquan şəhərində sel, daşqın, torpaq sürüşməsi və palçıq axını əmələ gətirib. Huanpu rayonunda 9 nəfər dağılmış evin altında qalıb. Xilasedicilər dağıntı altında qalanları 11 saatlıq əməliyyatdan sonra ikisi ölü vəziyyətdə olmaqla çıxarıblar.