Çinin pilotsuz helikopterinin ilk uçuşu uğurlu alınıb
24.05.2020 [00:56]
Xəbərin mətni
AZƏRTAC xəbər verir ki, Çin Aviasiya Sənayesi Korporasiyasının istehsalı olan AR500C-nin ilk uçuşu uğurlu olub. Əsasən anti-terror əməliyyatlarında, yanğınların söndürülməsində və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında istifadə üçün nəzərdə tutulan helikopter 5 min metrə qədər yüksəklikdə uçmaq qabiliyyətinə malikdir.