DÜNYA


Kiyev metrosu uzun fasilədən sonra fəaliyyətini bərpa edib

Koronavirusla bağlı uzun müddətdir fəaliyyəti dayandırılan Kiyev metrosu bu gündən şəhər sakinlərinin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, metroya yalnız maska ilə daxil olmağa icazə verilir və sosial məsafə qaydası tətbiq edilir.

Kiyev metrosunda qatarlar və sərnişin zonaları dezinfeksiya edilir. Metropoliten işçiləri qoruyucu vasitələrlə təmin olunub.