MƏDƏNİYYƏT


Adına filmdə rast gəldiyimiz qədim yaşayış yerlərimiz – Peykanlı kəndindən REPORTAJ

Zəngin tarixi keçmişə malik Azərbaycanın elə qədim yaşayış yerləri var ki, onların adlarına indi ya sənədlərdə, ya da filmlərdə rast gəlinir. Belə məkanlardan biri də "Yeddi oğul istərəm" bədii filminin bəzi hissələrinin çəkildiyi Qazaxın keçmiş Peykanlı kəndidir.
AZƏRTAC xəbər verir ki, Səməd Vurğunun “Komsomol” poemasında bəhs olunan Peykanlı kəndi bir vaxtlar Kür çayı sahillərində yerləşib. Sonralar bu yaşayış məntəqəsi ləğv olunub, tarixə qovuşub.