MƏDƏNİYYƏT


Respublika Günü ilə əlaqədar musiqili təbrik proqramı canlı yayımlanıb

"Azerbaijani Ladies" klubunun 28 May - Respublika Günü ilə əlaqədar təşkil etdiyi musiqili təbrik proqramı “Avropa Azərbaycanlıları/European Azerbaijanis"ın “Facebook” səhifəsində canlı yayımlanıb.
AZƏRTAC xəbər verir ki, proqrama dünyanın 13 ölkəsində yaşayan soydaşlarımız qatılıb. Layihənin məqsədi Respublika Günü ilə əlaqədar olaraq soydaşlarımızı bir araya gətirmək, həmrəylik və vətən sevgisini bir daha nümayış etdirməkdir.