DÜNYA


Çində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin axtarışları nəticə verməyib

Çinin cənub-qərbindəki Yünnan vilayətində şiddətli yağışların törətdiyi palçıq axını və torpaq sürüşməsi nəticəsində itkin düşənlərin axtarışları davam edir. Hələlik axtarışlar nəticə verməyib.
AZƏRTAC yerli hökumətin məlumatına istinadla xəbər verir ki, iyunun 1-də baş verən təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 6 nəfər itkin düşüb.