DÜNYA


Hindistanda dəmir yolu nəqliyyatının hərəkəti bərpa olunub

Hindistanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar fəaliyyəti müvəqqəti dayandırılmış dəmir yolu nəqliyyatında hərəkət bərpa olunub.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Hindistanda iyunun 1-dən başlamış xüsusi karantin rejiminin 5-ci mərhələsinin ilk günündə paytaxt Dehlidən ölkənin müxtəlif istiqamətlərinə 100 qatar yola düşüb. Həmin qatarların sərnişinlərinin ümumi sayı 145 mindən çox olub. Digər şəhərlərdən də təxminən bir o qədər qatar hərəkət edib.