DÜNYA


Çində yanacaq avtomobilinin partlaması nəticəsində ölənlərin sayı 10-na yüksəlib

Çinin Cıcian vilayətində sıxılmış təbii qaz daşıyan avtomobilin alovlanaraq partlaması nəticəsində ölənlərin sayı 10 nəfərə, xəsarət alanların sayı isə 117-yə yüksəlib.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə təcili yardım briqadaları, 450 yanğınsöndürən cəlb olunub. Hazırda axtarış-xilasetmə işləri davam edir.