Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxın min bir dərdin dərmanı olan məşhur bəkməzi REPORTAJ

17.06.2020 [12:06]

Xəbərin mətni

Bəkməz Azərbaycanda qədimdən bəri fərdi qaydada, hər bölgənin öz üsul və qaydası ilə bişirilib. Belə rayonlardan biri də Qazaxdır. Özünün “gün bəkməzi” ilə məşhur olan Qazaxın Kosalar kəndində bu “dərman” sakinlər tərəfindən uzun illərdir xüsusi üsulla bişirilib hazırlanır.
AZƏRTAC xəbər verir ki, hazırda tutun yetişmə dövrüdür, kənddəki hər ailə tut ağaclarının meyvəli budaqlarını çırparaq ondan bəkməz hazırlayır.