Uxandan Pekinə tibbi heyətlər göndərilir
22.06.2020 [17:11]
Xəbərin mətni
Çinin paytaxtında COVID-19 infeksiyasının yayılması ilə mübarizə üçün Uxan şəhərindən Pekinə tibbi heyətlər göndərilir.
AZƏRTAC “Jenmin Jibao” qəzetinə istinadla xəbər verir ki, bu qruplar Pekində sakinlərin koronavirusa yoluxmasını müəyyən etmək üçün testlərin aparılmasına dəstək üçün göndərilir. Belə ki, 56 günlük fasilədən sonra - iyunun 11-də Pekində Asiyanın ən böyük meyvə-tərəvəz və ət topdansatış bazarı olan “Sinfadi”də COVID-19-un yeni ocağı aşkarlanıb. Bununla əlaqədar Pekində bir qədər əvvəl yumşaldılmış karantin tədbirləri yenidən sərtləşdirilib.