DÜNYA


Çində leysan 3 nəfərin ölümünə, minlərlə sakinin təxliyə edilməsinə səbəb olub

Çinin cənub-qərbindəki Quycou vilayətində leysanın əmələ gətirdiyi sel və daşqınlar 3 nəfərin ölümünə, 10 mindən çox sakinin təxliyə edilməsinə səbəb olub.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, daşqın dağlıq ərazidə yerləşən Toncı qəzasında təxminən 12 saat davam edən şiddətli yağışlardan sonra yaranıb. Yaşayış məntəqəsində 10 ev dağılıb, mindən çox tikili isə su basması nəticəsində yararsız hala düşüb. Bölgədə 715 hektar əkin sahəsində məhsul məhv olub.