MƏDƏNİYYƏT


Qədim, amma unudulmayan kirkirə - Tovuzdan REPORTAJ

Hazırda müasir texnikalardan, su və elektriklə işləyən dəyirmanlardan geniş istifadə olunsa da, əl dəyirmanlarına da tələbat var. Belə məişət əşyalarından biri "kirkirə" adlanır. Onun vasitəsilə buğdanı, qarğıdalını üyüdüb un halına salmaq olur. Əl dəyirmanı kimi də tanınan kirkirənin bəlkə də min il yaşı var.
AZƏRTAC xəbər verir ki, Tovuz şəhərində Həsənovlar ailəsi uzun illərdir dəyirmandan yox, məhz kirkirədən çıxan undan istifadə edir. Hətta kirkirədən qohum-qonşular da yararlanırlar.