CƏMİYYƏT


Beş min illik tarixə malik biyan balının faydaları

Arı məhsullarının tarixi 5 min ildən çoxdur. Kökü Tibet təbabətinə qədər uzanan biyan balına ölkəmizin arıçıları tərəfindən də böyük maraq var. Həmin balın yetişdirilməsi ilə məşğul olan arıçılardan biri də Saatlı sakini Etiram Məmmədovdur.
AZƏRTAC xəbər verir ki, Saatlıda biyan balının süzümünə başlanılıb. İldə bir dəfə əldə olunan bu məhsulun bir çox özünəməxsus xüsusiyyətləri var.